Proqram təminatı

Komandamız ixtiyari mürəkkəbliyə malik informasiya sistemlərinin yaradılması və belə sistemlərə texniki dəstəyin göstərilməsi istiqamətində ixtisaslaşmış mütəxəssislərdən ibarətdir. Konsepsiyadan başlayaraq, sistemin layihələndirilməsi, yaradılması, istismara verilməsi və istifadəsi müddətində komandamız tərəfindən göstərilən xidmətin müştərilərin unikal məqsəd və ehtiyaclarına uyğun şəkildə formalaşdırılması diqqət etdiyimiz əsas məqamlardandır.

  1. Təhlil və planlaşdırma

    Məqsədlərin, tələblərin və mövcud çağırışların dəqiq müəyyənləşdirilməsi üçün biznes analitiklərimiz və texniki rəhbərlərimiz müştərilərimizlə yaxından çalışır. Ehtiyacları diqqətlə təhlil etməklə tələbləri özündə əks etdirən texniki sənədlər və layihənin icrasına dair yol xəritəsi hazırlanır ki, bu da öz növbəsində qarşıdakı mərhələlər üçün əsas olaraq çıxış edir.

  2. Layihələndirmə

    Müəyyən edilmiş tələbləri əsas götürərək dizaynerlərimiz intuitiv və istifadəçi yönümlü interfeyslər hazırlayır. Bununla yanaşı komandamızda çalışan və geniş təcrübəyə malik sistem arxitektorları dayanıqlı və genişlənəbilən proqram təminatları üçün baza təşkil edən sistemlər layihələndirir. Belə bir yanaşmanın tətbiq olunması bu günün tələblərinə cavab verməklə yanaşı gələcək ehtiyaclara uyğunlaşa bilən mürəkkəb informasiya sistemlərinin yaradılması üçün vacib rola malikdir.

  3. Proqram təminatının yaradılması

    Peşəkar mühəndislərimiz ən yaxşı təcrübələrin tətbiq olunması ilə sadə, effektiv və modulyar proqram kodlarının tərtib olunmasına xüsusi önəm verməklə funksional və qeyri-funksional tələblərə əsasən ixtiyari mürəkkəbliyə malik olan dayanıqlı proqram təminatı hazırlayır.

  4. Keyfiyyətə nəzarət

    Hazırlanmış proqram təminatının müəyyən etdiyimiz yüksək keyfiyyət standartlarına cavab verdiyindən əmin olmaq üçün keyfiyyətə nəzarət üzrə ixtisaslaşmış mütəxəssislərimiz hazırlanmış funksionallığının düzgünlüyünü, stabilliyini, təhlükəsizliyini və effektivliyini xüsusi diqqətlə yoxlayır.

  5. İstismara vermə və texniki dəstək

    Yaradılmış funksionallığın stabil formada istismara verildiyindən əmin olduqdan sonra, proqram təmatının effektiv şəkildə çalışması və biznesin dəyişən tələblərinə uyğunlaşa bilməsi üçün tələb olunan davamlı texniki dəstək təmin edirik.

Öz layihənizi bu xidmətlə həyata
keçirmək istəyirsiniz?

Bizimlə əlaqə saxlayın