Rəqəmsal həllərlə daha
güclü gələcək

Digirella - “Digital Umbrella” MMC biznes proseslərin avtomatlaşdırılması istiqamətində rəqəmsal həllər verən şirkətdir.

Ölkə miqyasında ciddi missiyalı layihələrin həyata keçirilməsində və dəstəyindəki təcrübəmiz verilmiş biznes problemə effektiv həll təklif etməkdə vacib rol oynayır. Biz inanırıq ki, düzgün qurulmuş texnoloji həllər cəmiyyətə və bizneslərə müsbət töhfələr verə bilər.

Formalaşdırdığımız iş prosesləri və yüksəkixtisaslı peşəkarlarımızın təcrübəsi bizi iddialarımızda daha da inamlı edir.

GIS, peyk monitorinqi və proqram mühəndisliyi vasitəsilə aqrar sektor və dövlət qurumları üçün miqyaslana bilən rəqəmsal həllər hazırlayır.

Əsas hədəfimiz ölkədə rəqəmsal transformasiyanı sürətləndirərək ekosistemdə real, ölçülə bilən nəticələr əldə etməkdir. Məhsullarımızı insanların həyatını asanlaşdırmaq üçün yaradırıq və yerli bazarda qabaqcıl texnologiyalarla innovasiyanın hərəkətverici qüvvəsi olmağa çalışırıq.

Elektron plata yaxın plandan
Komanda işi quruculuğu, fərdi yanaşma və sahə ekspertləri ilə əməkdaşlıq fəaliyyətimizin əsasını təşkil edir.

Dəyərlərimiz

Hər bir uğurlu şirkətin əsasını insanlar və korporativ mədəniyyət təşkil edir.